Cavid AbasovNiş marketinqdən AIDA modelinə, Pareto qanunundan liderlik p

İş həyatında iyirmi-səksən qanunu

Karyera · Cavid Abasov

1895 ci ildə İtalyan iqtısadiyyatçısı Vilfredo Pareto tərəfindən 80-20 qanunu ortaya qoyuldu. Bu qanun bütün iş sahələrində özünü doğrultdu. Bu qanuna görə ümumi toplum, dəyərlərin 80 %-ni idarə edən 20 %-lik azlıqdan və ümumi dəyərlərinin 20 %ni idarə edən 80 %-lik çoxluqdan ibarətdir. Bu qanuna Pareto qanunuda deyilir. Bu qanun dediyimiz kimi bütün iş sahələrində özünü göstərmiş və təsdiqini tapmışdır. Bir nümunə ilə göstərəcək olsaq: Əgər on maddəlik edəcək işiniz varsa deməli bu işlərdən ikisi digər səkkiz maddə qədər dəyərli olacaqdır.

Pareto prinsipi: az iş, çox nəticə

Ona görə planın ilk əvvəlinə bu iki işi yerləşdirin və ilk öncə onları həll edin. Bunu problemlər üçündə nümumə olaraq göstərmək olar. Sizin problemlərin 20 %-i digər 80%-ə bərabər şəkildədir və s. İş həyatındada belədir.Ümumi qazancın 80%-ni toplumun 20% qazanırkən,ümumi qazancın 20% ni isə toplumun 80 %-i qazanır. İşində professional olmaq istəyən hər bir kəs çalışmalıdırki bu 20%lik toplumun içərisinə girsin. 20 %-lik topluluğda olanla 80%-lik topluluğda olanlardan heçdə çox fərqlənmirlər. Sadecə onlar zamanlarını daha səmərəli və yatırımlarını düzgün edirlər. Bunun açıqlaması çox sadədir.

Zamanınızı, enerjinizi, planlarınızı nə qədər düzgün istifadə edərsənizsə 20%-lik topluluqdan sizdə öz payınızı alarsınız. Bu qanunu həyat fəlsəfəniz qəbul etsəniz, tez bir zamanda sektorunuzun zirvəsində olarsınız

Bu qanunu gündəlik işinizə tətbiq etmək üçün hər səhər gün ərzində edəcəyiniz işlərin siyahısını çıxarın və özünüzə sual verin: bu işlərin hansı 20 faizi nəticənin 80 faizini verəcək? Həmin işləri ilk növbədə görün, qalanları isə ya nümayəndə edin, ya da tamamilə siyahıdan silin. Vaxt idarəçiliyində uğur qazanan insanların ortaq xüsusiyyəti məhz bu seçim bacarığıdır — az işlə çox nəticə əldə etmək.