Cavid AbasovNiş marketinqdən AIDA modelinə, Pareto qanunundan liderlik p

Partizan marketinq — qeyri-adi marketinq

Marketinq · Cavid Abasov

Partizan marketinq, qeyri adi marketinq fəaliyyətlərindən istifadə edərək maksimum nəticə əldə etməyə yönələn bir reklam (marketinq) strategiyasıdır. Bu növ marketinq strategiyası müharibədə istifadə olunan kiçik silahlı piyadalardan istifadə edilərək, kiçik taktikalarla düşmənə gözlənmədik yerdə zərbə vurmağı hədəfləyən partizan dəstələrinın adından götürülmüşdür.

Küçədə yaradıcı partizan marketinq nümunəsi

Necə ki partizanlar müharibədə tələlər, təxribatlar, basqınlar, partlayışlar keçirdirlər, partizan marketinqdə eyni fəaliyyətləri marketinq sektorunda göstərməkdədir. Bu marketinq fəaliyyəti sayəsində müştəriləri çaş baş salaraq onların yaddaşlarında heç vaxt unutmayacaq bir iz qoymaq olar. Bu tipli fəaliyyətlər yüksək enerji ilə hazırlanır və güclü fantaziya tələb edir. Partizan marketinq, yenilikçi olmağı tələb edir. Əsas məqsədlərdən biridə ən aşağı xərc ilə ən yüksək qazancı əldə etməkdir. Bazarda rəqiblərlə rəqabət aparmağın yollarından biridə yenilik yaratmağdır. Partizan marketinqdə yeniliyi və standart fəaliyyətləri aşıb keçməyi tələb edir.

Partizan marketinq ilk dəfə 1984-cü ildə Jey Conrad Levinson tərəfindən ortaya qoyulub və inkişaf etdirilib. İndi isə gəlin partizan marketinqlə bağlı maraqlı nümunələrə baxaq

Maraqlı nümunələrdən biri küçə üzərinə çəkilmiş nəhəng siqaret qulplarının şəkli ilə siqaretin zərərlərini göstərən sosial kampaniyadır. Digər bir nümunədə isə idman zalının reklamı üçün avtobus dayanacağındakı skamyalar çəki göstərən lövhələrlə əvəz olunmuşdur — oturan insan çəkisini ekranda görərək idman zalını xatırlayırdı. Bu cür addımlar çox kiçik büdcə ilə böyük ictimai rezonans yaradır.

Partizan marketinqdə əsas qayda odur ki, insanlar gözləmədikləri yerdə, gözləmədikləri formada markanızla qarşılaşsınlar. Böyük şəhərin küçələri, avtobus qapaqları, piyada zolaqları, hətta lift qapıları belə yaradıcı marketoloq üçün reklam sahəsinə çevrilə bilər. Mühüm olan büdcənin böyüklüyü deyil, ideyanın gücüdür — bir dəfə yadda qalan obraz min adi bannerdən daha çox satış gətirir.