Cavid AbasovNiş marketinqdən AIDA modelinə, Pareto qanunundan liderlik p

Satışda müvəffəqiyyətin yeddi sirri

Satış · Cavid Abasov

Ümumi ortalamadan daha yaxşısını etməyə çalışın. Əgər bunu etsəniz sizin inkişafınız, sərf etdiyiniz enerjiyə nisbətən daha yüksək olacaqdır.Brian Tracy Satışda müvəffəqiyyətin yeddi sirrinin oldu ğunu söyləyir. Buda realdır ki, Brian Tracynin məsləhətlərini dinləyərək milyon dollarlıq sərvətlə rə yiyələnən satış menecerləri var. Gəlin bu yeddi sirr hansılardır bunlara nəzər salaq. 1. Ciddi Olun - İşinizdə hər zaman zirvəyə qalxmaq üçün çalışın. İşinizə, metodlarınıza, planlarınıza ciddi yanaşın.

Onları sizdən daha gözəl anlayan və tətbiq edən olmaz. 2. Zəif Tərəflərinizi Aşkara Çıxarın - Bacarıqlarınızı düzgün istifadə edin. Sizə lazımlı olan lakin zəif olduğunu düşündüyünüz istedadlarınızı ortaya çıxarın və üzərlərində işləyin. 3. Doğru İnsanlarla Dostluq Edin - Həm şəxsi həyatınızda həmdə iş həyatında düzgün və ağıllı insanlarla dostluqlar edin. Sizə onlardan xeyirdən başqa heç bir şey gəlməz. Həm şəxsi həyatınızda həmdə işinizdə bu insanlar sayəsində sürətlə irəliləyəcəksiniz. 4. Sağlamlığınıza Diqqət Edin - Müvəffəqiyyət qazanmaq üçün sağlam olmaq lazımdır. Yoxsa nəyə lazımdır müvəffəqiyyət?! Bunun üçün düzgün qidalanın və idmandan heç vaxt əlinizi çəkməyin. 5.

Özünüzü İ şinizin Zirvəsindəymiş Kimi Təsəvvür Edin - Gün boyu maksimum nəticə verdiyinizi düşünün, özünüzə müsbət enerji ötürün, daima özünüzü iş görmək üçün hazır və həyəcanlı hiss edin. 6. Özünüzlə Daima Müsbət Yöndə Danışın - Hər zaman özünüzə mən bunu edə bilərəm sözünü istifadə edin və özünüzlə olduğunuz kimi yox olmaq istədiyiniz kimi danışın. Hər zaman özünüzə xoşbəxtəm, sağlamam, bu işdə ən yaxşısı mənəm, bunu edə bilərəm deyin. Heç kimə sizi həvəsdən salmasına imkan verməyin. Nəticəsini görəcəksiniz. 7. Hər Gün Hədəflərinizə Doğru Bir Şeylər Edin - Əgər həyat yaşamınızdan razı deyilsəniz bunu deyinməklə həll etməyə çalışmayın. Daha çox səy göstərin, işinizi daha çox sevin.

Günlük planlar hazırlayın o planlar sayəsində aylıq planlara doğru gedin. Aylıq planları həll edərək hədəfinizə doğru sürətlə irəliləyin