Son Paylaşım

");

Müəssisə Müvəffəqiyyət Qazanıbsa Bunları Edib

Bu yazımda əgər bir müəssisə qələbə çalmağı bacaribsa, bu qədər çətin şərtlər altında bazardan pay götürə bilibsə, rəqiblərindən bir addım öndədirsə, bunları əldə etmək üçün hansı bəzi fəaliyyətləri göstərmişdir, onları qeyd edəcəm.

  • Ən doğru hədəf bazar təyin olunmuşdur, məhsul vəya marka bu bazara uyğun olaraq yerləşdirilmişdir.
  • Biznesin idarə heyyəti mənfəət qruplarını çox yaxşı dəyərləndirmişdir və biznes hədəflərini onlara uyğun olaraq təyin etmişdir.
  • Müəssisə, rəqiblərini yaxşı analiz etmişdir, onların zəif tərəflərinə hücum etməyə, güclü tərəflərindən isə müdafiə üçün tədbirlər almışdır.
  • Müəssisə, bazardakı fürsət və təhdidləri zamanında dərk etmiş, təhdidlərə qarşı tədbir almağı bacararaq, fürsətlərdən yararlana bilmişdir.
  • Müəssisə, uzun zamanlı strategiya planlarına və bu planlara bağlı orta və qısa müddətli planlara sahibdir.
  • İstehsal və xidmət müddətində tam nəzarətə sahibdir.
  • Güclü bir marka imici yaratmış və bunu qorumuşdur.
  • İnkişaf edən texnologiyadan daima yararlanmağı bacarmışdır.
  • Sadə ama funksional bir təşkilat qruluşuna sahibdir.
  • Bazar mərkəzli olmağı bacarmışdır.
  • İdarə edicilər və işçilər öz sahələrində mütəxəssisdirlər.

Digər Oxşar Yazılarım:
İş Həyatında Uğur Qazanmanın 10 Sirri
Müştərinin Gözündə Dəyərli Olmaq
Dillər Əzbəri Olmuş Uğursuz Markalar
Nədir Layihə?

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok