Niş Bazar, istəkləri
tam olaraq qarşılanmayan kiçik bir müştəri qrupunun istəklərini daha yaxşı
qarşılaya bilmək üçün təyin olunan geniş əhatəli olmayan, kiçik bir bazar
bölümüdür. Böyük şirkətlərin və bazar liderlərinin o qədərdə ciddiyə almadığı kiçik
boşluqların kəşf edilməsi ilə yaradılan niş bazarlar, böyük bazar xüsusiyyətlərini
özlərində daşımırlar. Hələ kimsə tərəfindən aşkarlanmamış, heç kimin ağlına gəlməmiş,
və ya lazımı qədər əhəmiyyət verilməmiş bu boşluq, hər kəsi razı salmaq yerinə
daha az insanı daha çox razı salacaq məhsulları əhatə edir. Kimsənin görə bilmədiyini
siz görə bilsəniz, bu sizin müvəffəqiyyətinizdir.
Niş Marketinq,
niş bazarlarının tapılması, analiz edilməsi, ölçülməsi və məhsulların bazara təqdim
olunmasını və s. özündə cəmləyir. Niş marketinqin əsas məqsədi bazardakı
boşluqları doldurmaqdır. Əsas bazar marketinqini niş marketinq izlədiyi kimi niş
marketinqidə mikronizə marketinq izləyir. Mikronizə marketinq, tək müştərili
bazar fəaliyyətlərini özündə cəmləyir.
Niş
Marketinqin Xüsusiyyətləri
- Niş
marketoloqlar müştərilərinin istəklərinə uyğun məhsul bazara təqdim edirlər. Əvəzindədə
müştərilər bu məhsul qarşılığında istənilən qiyməti ödəyirlər.
- Marketoloqlar
niş bazardakı məhsullarını müştərilərinə (daha az və harada olduqları bilindiyi
üçün) asand yollarlala tanıtdıra bilirlər.
- Niş bazarda
fəaliyyət göstərən firmalar istehsal etdiklər məhsulun üzərinə daha çox qazanc
payı qoya bilirlər.
Toyota,
Mercedes, BMW kimi ümumi bazar üçün avtomobil istehsal edən şirkətlər ümumi
bazara xitab edərkən Ferrari, Lamborghini kimi avtomibil markaları lüks sport
avtomobilləri sevən kütlə üçün məhsul istehsal edir.
Ans, Lider,
ATV kimi kanallara bütün kütləyə xitab edərkən Trt Çocuk, Yumurcak Tv kanalları
az yaşlı təbəqəyə xitab edir. Niş bazara aid bunlara bənzərr minlərlə misal çəkmək
olar.
Mobil telefon bazarında, i-phone, Samsung, Sony bütün bazara xitab edərkən, Vertu yalnızca lüks və göstərişi sevən kütləyə xitab edir.
Digər Oxşar Yazılarım:
- Twitter
- Facebook
- Google
- Tumblr
- Pinterest
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir.
Çalışdığı şirkətlər:
Əmlak.az - Marketing manager,
BHB - Marketing and sales manager,
Biznesmen.az - Partner and Project Manager,
Auto Azerbaijan - Marketing manager.