1895 ci
ildə İtalyan iqtısadiyyatçısı Vilfredo Pareto tərəfindən 80-20 qanunu ortaya
qoyuldu. Bu qanun bütün iş sahələrində özünü doğrultdu. Bu qanuna görə ümumi
toplum, dəyərlərin 80 %-ni idarə edən 20
%-lik azlıqdan və ümumi dəyərlərinin 20 %ni idarə edən 80 %-lik çoxluqdan ibarətdir. Bu qanuna Pareto qanunuda deyilir.
Bu qanun dediyimiz kimi bütün iş sahələrində özünü göstərmiş və təsdiqini
tapmışdır.
Bir
nümunə ilə göstərəcək olsaq: Əgər on maddəlik edəcək işiniz varsa deməli bu işlərdən
ikisi digər səkkiz maddə qədər dəyərli olacaqdır. Ona görə planın ilk əvvəlinə
bu iki işi yerləşdirin və ilk öncə onları həll edin. Bunu problemlər üçündə
nümumə olaraq göstərmək olar. Sizin problemlərin 20 %-i digər 80%-ə bərabər şəkildədir
və s.
İş həyatındada
belədir.Ümumi qazancın 80%-ni toplumun 20% qazanırkən,ümumi qazancın 20% ni isə
toplumun 80 %-i qazanır. İşində professional olmaq istəyən hər bir kəs
çalışmalıdırki bu 20%lik toplumun içərisinə girsin. 20 %-lik topluluğda olanla
80%-lik topluluğda olanlardan heçdə çox fərqlənmirlər. Sadecə onlar zamanlarını
daha səmərəli və yatırımlarını düzgün edirlər.
Bunun
açıqlaması çox sadədir. Zamanınızı, enerjinizi, planlarınızı nə qədər düzgün
istifadə edərsənizsə 20%-lik topluluqdan sizdə öz payınızı alarsınız. Bu qanunu
həyat fəlsəfəniz qəbul etsəniz, tez bir zamanda sektorunuzun zirvəsində
olarsınız.
Digər Oxşar Yazılarım:
İş
Həyatında Uğur Qazanmanın 10 Sirri
Müştərinin
Gözündə Dəyərli Olmaq
Dillər
Əzbəri Olmuş Uğursuz Markalar
Nədir
Layihə?


