Ümumi ortalamadan daha yaxşısını etməyə çalışın. Əgər bunu etsəniz sizin inkişafınız, sərf etdiyiniz enerjiyə nisbətən daha yüksək olacaqdır.Brian Tracy Satışda müvəffəqiyyətin yeddi sirrinin olduğunu söyləyir. Buda realdır ki, Brian Tracynin məsləhətlərini dinləyərək
milyon dollarlıq sərvətlərə yiyələnən satış menecerləri var. Gəlin bu yeddi
sirr hansılardır bunlara nəzər salaq.
1.
Ciddi Olun - İşinizdə hər zaman zirvəyə qalxmaq
üçün çalışın. İşinizə, metodlarınıza, planlarınıza ciddi yanaşın. Onları sizdən
daha gözəl anlayan və tətbiq edən olmaz.
2.
Zəif Tərəflərinizi Aşkara Çıxarın - Bacarıqlarınızı düzgün istifadə
edin. Sizə lazımlı olan lakin zəif olduğunu düşündüyünüz istedadlarınızı ortaya
çıxarın və üzərlərində işləyin.
3.
Doğru İnsanlarla Dostluq Edin - Həm şəxsi həyatınızda həmdə iş həyatında
düzgün və ağıllı insanlarla dostluqlar edin. Sizə onlardan xeyirdən başqa heç
bir şey gəlməz. Həm şəxsi həyatınızda həmdə işinizdə bu insanlar sayəsində sürətlə
irəliləyəcəksiniz.
4.
Sağlamlığınıza Diqqət
Edin - Müvəffəqiyyət qazanmaq üçün sağlam olmaq lazımdır. Yoxsa nəyə lazımdır müvəffəqiyyət?! Bunun üçün düzgün qidalanın və idmandan heç vaxt əlinizi çəkməyin.
Edin - Müvəffəqiyyət qazanmaq üçün sağlam olmaq lazımdır. Yoxsa nəyə lazımdır müvəffəqiyyət?! Bunun üçün düzgün qidalanın və idmandan heç vaxt əlinizi çəkməyin.
5.
Özünüzü
İşinizin Zirvəsindəymiş Kimi Təsəvvür Edin - Gün boyu maksimum nəticə
verdiyinizi düşünün, özünüzə müsbət enerji ötürün, daima özünüzü iş görmək üçün
hazır və həyəcanlı hiss edin.
7.
Hər Gün
Hədəflərinizə Doğru Bir Şeylər Edin - Əgər həyat yaşamınızdan razı
deyilsəniz bunu deyinməklə həll etməyə çalışmayın. Daha çox səy göstərin,
işinizi daha çox sevin. Günlük planlar hazırlayın o planlar sayəsində aylıq
planlara doğru gedin. Aylıq planları həll edərək hədəfinizə doğru sürətlə irəliləyin.
Digər Oxşar Yazılarım:
Uğura
Aparan Yol : Böyük Sual - Kiçik Sual
Professionallar
Buna Sual Metodu Deyirlər
Daha
Yüksək Yaşam Standartları Əldə edin
Müştəridə
Mega İnam Yaradın


