Son Paylaşım

");

Professionalların Öyrədərək Satmaq Metodu


Müştərilərin məhsulu alma qərarına təsir edən ən vacib səbəblərdən biridə, sizin nə sattığınızı və müştərilərin ondan necə yararlana biləcəklərini sizin onlara aydın şəkildə izah etmənizdir. Yəni ki məhsulunuzu,  nə qədər gözəl və aydın şəkildə izah etsəniz, müştəridə o qədər alma istəyi oyada bilərsiniz. Çox satış meneceri məhsulu təqdim etdikdən sonra müştərilərin məhsula, özləri qədər bağlanacağını düşünürlər. Ama bu heçdə belə deyil. Gəlin satışda professionalların istifadə etdiyi bir metodu analiz edək.


Satış edərkən öyrədici satışdan istifadə etmək lazımdır. Bu satış metodunda etmək lazım olduğunuz əsas hərəkət yaxşı suallar verib, cavabları diqqətlə dinləməli və qeydlərinizi aparmalızınız. Özünüzü satış menecerindən çox bir müəllim, bir köməkçi kimi göstərməlisiniz. Bunu etmənin ən yaxşı yolu " Göstər, İzah Et, Soruş" taktikasından istifadə etməkdir.

Müştəriyə Məhsulunuzu Göstərin


İlk öncə müştəriyə məhsulunuzdan necə yararlar, necə nəticələr əldə edəcəyini göstərin. Məhsulunuzu yoxlaması üçün müştərinidə işə qatın. Bir növ onada bir rol verərək onu özünüzə cəzb edin.


Müştəriyə İzah Edin


Öyrədici satışın ikinci mərhələsində məhsulunuzu müştəriyə izah edin. İndiyə qədər olan referansları, analizləri, axtarış nəticələrini müştəriyə göstərərək, məhsulun xüsusiyyətlərini izah edin. Tam olaraq bir vəkil kimi öz məhsulunuzu öncədən hazırlanmış bir şəkildə müdafiə edin.

Müştəridən Soruşun


Yaxşı satış menecerlərinin əsas xüsusiyyətlərindən biri, müştərini tez tez satış dialoqlarına daxil etməkdir. Satış zamanı məhsul ilə bağlı göstərdikləriniz və izah etdikləriniz haqqında müştəriyə suallar verin və ondan feedback ( geri dönüş ) almağa çalışın. Zəif satış menecerləri isə satış zamanı o qədər gərgin olarlar ki, təqdimatı müştərinin sual verməsini gözləmədən tez bir zamanda qurtarmaq istəyərlər.

Məhsulu göstərərkən, izah edərkən və məhsul haqqında müştəridən soruşarkən satış menecerindən çox, öyrədici kimi özünüzü hiss edin və qarşı tərəfə hiss etdirin. Mütləq müvəffəqiyyət qazanacaqsınız.

Digər Oxşar Yazılarım:
Marketinq və Satışda İnsan Xarakterlərini Bilmək
Uğurlu Satıcıların 25 Qızıl Qaydası
Hədəfi Ölçmək Üçün Kiçik Bir Test

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok