Bəzən yaxşı CEO-lar öz şəxsi motivasiyalarını
itirərlər. Dəyərləri və dürüstlükləri davam etməkdədir. Ancaq onların yaşam
sevincləri yox olmuşdur. Risq alma istəkləri və fərqlənmək istəkləri yox
olmuşdur. Ancaq onlar yenədə öz yerlərində qalmaq istəyərlər, rahatdırlar.
Onlar elə düşünürlər ki zirvəyə çatmaq üçün və zirvədə qalmaq üçün bütün işləri
görüblər və görüləcək daha iş qalmayıb. Keçmiş əziyyətləri və əzmləri hələdə
onları CEO olaraq saxlamaqdadır. Bu sözlərin müəllifi Northrup King şirkətinin
CEO-su Ed Shonseydir.
Yaxşı
olmayan CEO-ların idarə heyyətinin başında gəlməsinə səbəblərdən biridə idarə
edənlərin, hissədarların, müştərilərin, xalqın və işçilərin yaratdıqları idarə
heyyətinin məsuliyyətsizliyidir. Qaydasında getməyən işlərə heç bir şəxs
müdaxilə etmədiyindən mövzumuzun başlığı olan bu CEO-lar öz fəaliyyətlərinin mənfi
tərəflərinin fərqində deyillər və onlar dayanmalarının lazım olduğunu bilməzlər.
Digər
bir faktor isə düşünürəm ki şans faktorudur. Bəziləri bir yerlərə gələrkən
sadecə şansları yaxşı yöndə gedir. Həyatda bəzi şeylərin açıqlanması yoxdur, eləcədə
bu şans faktorunun.
Birdə
şirkətin sahibləri vardır. Onlar bu şirkəti bu yerlərə gətirmək üçün ən çox əziyyəti
çəkiblər. İdarə heyyətinin rəhbəridə özləri olurlar. Onlar CEO-luqda çoxda
yaxşı olmasalarda, ara-sıra səhvlər etsələrdə, nə işçilər nə idarə heyyəti nədə
sərmayədarlar onların işinə müdaxilə etməzlər. Ancaq onu deyə bilərəmki hər
hansısa bir CEO vəya şirkət rəhbəri haqqında fikir irəli sürmək üçün onlarla
illər boyu bir yerdə olmağınız lazımdır.Digər Oxşar Yazılarım:
Zaman
- Şəxsi Karyera - Pul
İnkişafa
Bu Gündən Başlayın
Daha
Ətraflı İş Axtarma Mərhələləri
İş
Həyatında Uğur Qazanmanın 10 Sirri


