İş
dünyasında idarə edə bilmək liderlik duyğularını tələb edər. Hər kəs öz işində,
öz kariyerasında liderlik duyğularından istifadə etməlidir. Liderliyin nə olduğu və bunu necə əldə etmək
lazım olduğu davamlı olaraq maraqlı mövzu olmuşdur.
Bəziləri
liderliyin doğumdan gəldiyini söyləyərkən, bəziləri isə liderliyin
sonradan öyrənilən bir faktor olduğunu
söyləyərlər. Hansı biri sizə görə doğrudursa fərqi yoxdur ama onu bılmilısınız
ki, siz lider olmaq üçün istəkli olmalısınız. Risq almaq bacarığınız və
insanları yönləndirərək öz arxanızca apara bilmək bacarıqınız olmalıdır.
İnsanlar bir addım attıqları zaman siz iki addım ata biləcək gücdə olmalısınız.
Təşkilat içərisində, şirkət içərisində
bütün insanlar sizin daha yaxşı bir dünya üçün, daha yaxşı yaşam
standartları üçün, daha yaxşı və uğurlu şirkət əldə etmək üçün əzmlə
çalışdığınızı görməli, hiss etməlidirlər. Mənim şəxsi fikrim liderliyin sadecə
doğuşdan deyil sonradanda qazanıla bilən faktor olma yönündədir. Ən çox təsirləndiyiniz
və örnək aldığınız insanlar haqqında düşünün. Siz onlardan nəyə görə təsirlənirsiniz, hansı xüsusiyyətlərinə görə təsirlənirsiniz bunları yaxşı yaxşı analiz etməlisiniz. Bu o deməkdir ki siz o xüsusiyyətləri özünüzdə cəm edə bilsəniz, sizdəndə təsirlənəcək və sizidə özlərinə ideal götürəcək insanlar olacaqdır. O zaman siz insanları daha rahatlıqla istədiyiniz hədəfə yönləndirə bilərsiniz.
Digər Oxşar Yazılarım:

