Gündəlik həyatımızda fərqində olmasaq da, rənglər düşüncəmizə
təsir göstərərək bizə bəzi mesajlar verməkdədirlər. Və bunun
üçündürki marketoloqlar məhsulun rəqabət gücünü artırmaq üçün, reklamların
effektivliyini artırmaq üçün və satışın sayını artırmaq üçün rənglərdən
düzgün istifadə etməyə çalışırlar. Əlbəttə tək başına rənglər çox da mənalı
olmur. Loqo, fəaliyyət sektoru və rənglər bir birini tamamlayanda
effektivlik yüksək dərəcədə olur.
Rənglərin beynimizə təsiri aparılan araşdırmalar nəticəsində
sübut olunmuş və inkaredilməz bir həqiqət olaraq günümüzdə qarşımıza çıxır. Rənglər,
əslində bizim hisslərimizə və bu səbəbdən də satın alma başda olmaqla həyatımızda
bir çox qərarı qəbul etməyimizə təsir göstərirlər. İnsanın, rənglərə verdiyi
emosional reaksiyaların bir qismi doğuşdan gəlir, bir qismi də
yaşanan təcrübələr və öyrənmələr nəticəsində formalaşır.
Hər rəng fərqli təsirlər yaradır. Bəzi rənglər soyuq, bəzi rənglər
isti rəng olaraq tanınır. Bəzi rənglər həyəcan vəya enerji verərkən, bəzi rənglər
rəsmiliyi, ciddiliyi xatırladır. Rənglər, müəyyən bir hiss və duyğu yaratmaq
üçün, bir məna və bir çağırışı əks etmək üçün, diqqət çəkmək, yadda qalmaq, təsir
göstərmək və istiqamət vermək üçün, fərqlənmək, mövqe və davranışları
istiqamətləndirmək üçün vəya qarşı tərəfi həyəcanlandırmaq üçün istifadə edilə bilər.
İndi isə gəlin hansı rəngin hansı mənaya gəldiyinə baxaq.
Göy - Yaşıl - Mavi Bu rənglərin bir arada
istifadəsi şüur altında gigiyena, sağlamlıq nümusəsi olan məhsulu canlandırır.
Bu səbəblə saglamlıqla bağlı və təmizlik məhsullarında seçim edilməsi idealdır.
Tünd mavi - Ən ciddi rəngdir. Tünd mavi, bank və
maliyyə sektorlarının üstünlük verdiyi rəngdir.
Qırmızı - Bu rəng görüldüyü zaman gözün tor qişa təbəqəsinin dərhal arxasında yaranır. Bu səbəblə rəngi qəbul edərkən, sanki, üstünüzə doğru gəldiyini hiss edirsiniz. Həyəcan və yüksək enerji xatırladan və ən çox istifadə edilən rəngdir. Qırmızı; Şüur altını ən çox qorxudan, dinamik, ehtiraslı və diqqət çəkən bir rəngdir. Adətən geyimdə istifadə edilən qırmızı, atletik, güclü, ehtiraslı, həyəcanlı, mehriban, şəhvətli, hərəkətli və xarici mühitlə maraqlanan bir strukturu təmsil edir. Xüsusilə diqqət çəkməsi istənilən satış nöqtələrində, iştaha oyandırdığı üçün qida sektorunda çox tez-tez istifadə edilir. Çox ye! Mesajı verən rəng olan qırmızı, satış nöqtələrində, qida sektorunda və fastfood kafelərdə çox istifadə edilməkdədir. İdmançılara və gənclərə yönəlik məhsul istehsal edən firmaların loqosundada adətən qırmızı rəngə üstünlük verilir. Qırmızı, bir status simvolu olaraq da qarşımıza çıxır. Porche və Ferrari kimi idman avtomobillərində bu rəng tez-tez istifadə edilir. Qırmızının gözə xoş göründüyünü və cazibəli olmasını nəzərə alan gündəlik qəzetlərin loqolarıda qırmızı rəng hakimdir.

Mavi - Təmizlik və saflıq imici yaratdığı üçün adətən
su qablarında mavi rəng istifadə edilir. Siyasi bir partiyanın təşkilati rəng
olaraq mavi seçim etməsi, o partiyanın, dərinlik, rahatlıq, inam və ümid ünsürlərini
daşıdığı mesajını verir. Banklar mavi rəngi loqo istifadə edərək dərinliklərini,
böyüklüklərini vurğulamaq istəyərlər
Mavi qırmızının əksinə, yemək istəyini əngəlləyən bir
rəng olduğundan yemək firmaları mavi rəngə o qədər də üstünlük vermirlər.
Sarı - Günəş rəngidir. İşıqı təmsil edir və isti rəngdir.
Cazibədarlıq, hərəkət, məlumat, sevinc, rahatlıq rəmzidir. Sarı birdə müvəqqətilik
rəngidir.
Avtomobil icarəyə götürmə firmaları sarı rəngi tez-tez təşkilati
rəng olaraq seçməktədirlər.mesaj budur:
"İstifadə etdiyin vasitə sənə müəyyən bir müddətə
verilib. İstifadə et və geri gətir."
Taksilərində rənglərinin sarı olmasının səbəbi budur. Yəni müvəqqətilik. Fast-food restoranlarında sarı rəng qırmızı ilə birlikdə tez-tez istifadə
edilir. Burada qırmızı rəng ilə "Çox ye"! Sarı rəng ilə "Tez ye
və get"! Mesajı verilir.
Psixoloji olaraq açıq sarı, sevinc, rahatlıq, nikbinlik,
özünə inam, zəka, arzular, ruhi inkişafı xatırladır. Bununla bərabər şəfqət, sevinc, alçaq
könüllülük, bilik və müdrikliyin rəmzidir.
Parlaq Sarı -Bu rəng tonunun diqqət çəkən, şən və
enerjili bir çağırışı vardır.
Tünd sarı - Bu rəng isə bataqlığı xatırladır. Bu səbəblə
istirahət məqsədli mühitlərdə istifadə edilməz.
Yaşıl - Yaşıl rəng təravəti və şəfanı xatırladır. Təbiətin,
sağlamlığın və tarazlığın simvoludur. Bu rəng insanı sakitləşdirir, inam verir.
Yaradıcı düşünməyi asanlaşdırdığı və sürətləndirdiyi araşdırmalar nəticəsində dəstəklənmişdir.
Tünd yaşıl, pul və prestij rəngidir. Prestij və təhlükəsizliyin əhəmiyyətli
olduğu sektorlarda yaşıl rəngin istifadəsi uyğundur.
Ağ - Ağ rəng insanda təmizlik, parlaqlıq, sadəlik və məsumluq
duyğuları oyadır. Gigiyena, təmizlik, qələbə, sülh, sevinc, təslimiyyət, mərhəmət,
ədaləti təmsil edən bir rəngdir.
Qara - Qara çox güclü bir rəngdir çünki bütün rəngləri
doğuran bir fiziki quruluşa malikdir. Qara, qiyməti yüksək məhsulların rəngidir.
Ağır bir rəng olduğu üçün düşmə, batma və ya iflas təəssüratıda doğurar. Bu səbəblə
təyyarələrdə və gəmilərdə istifadə edilməz. Ancaq, strategiya olaraq bəzi
markalar məhsulları üçün şüurlu şəkildə qara rəngi istifadə edə bilər, bu zaman
məhsulunun elit bir məhsul olduğu, ucuz bir mal olmadığı vurğulanmaqdır.
Boz - Qara ilə ağın vəhdətindən ibarətdir. Ləyaqətin,
sədaqətin və səssizliyin rəmzidir. Göz bu rəngi olduqca asan ayırır və
qavrayır. Boz, diplomatik və ağır bir rəng olmasına qarşın sabitliyi, ləngliyi
və ciddiliyi təmsil edir.
Çəhrayı - Sevinc, şəfqət, şirinliyin, xoşbəxtliyin, həyatın
və sevginin simvoludur. Yeniliyi, xüsusilə romantik mənada təmizliyi və ümumi
uğuru əks edir. Qırmızının sıxlığının yüngülləşdirilmiş halıdır. Ancaq
qırmızının əksinə, iştahı azaltdığı məlum olur. İnsanları rahat hiss edən və
istirahət etdirən bir rəngdir. Buna görə bəzi böyük mağazalar daxili
dekorasiyada çəhrayı rəngi istifadə edirlər və çəhrayı uniformalarla diqqəti çəkirlər.
Çəhrayı geyən bir adama daha rahat ödəmə edildiyi müəyyən edilmişdir.
Məsləhət Gördüyüm Digər Yazılarım :
Marketinq
və Satışda İnsan Xarakterlərini Bilmək
Dillər
Əzbəri Olmuş Uğursuz Markalar