İngilis dilində quick response, yəni "anında
reaksiya" mənasına gələn QR kodlarıs, iki ölçülü və adətən kvadrat şəklində
istifadə edilən barkodlar olaraq marketinq və reklam məqsədli istifadə edilir.
Adətən istifadəçiləri bir məhsulun və ya markanın internet səhifəsinə istiqamətləndirmək
üçün istifadə edilən bu kodlar, ağıllı telefonlara yüklənən bir tətbiqetmə
(application) ilə işləyir.
Qısaca tərif
etsək QR kod digital dünya ilə fiziki dünyanı bir birinə bağlayan yeni
marketinq vasitəsidir. QR kodları gün keçdikcə daha çox istifadə edildiyi üçün markaların
daha çox potansial müştəriyə çatması üçün istifadə etdiyi marketing
strategiyalarından birinə çevrilməkdədir. Burada istənilən uğurun yaxalanması
üçün diqqət edilməsi lazım olan bir neçə məqam var. Həmin məqamlara diqqət
edilmədiyi təqdirdə QR kod istifadəsi maliyyətdən başqa bir şey olmayacaq və dəbə
uymaqdan başqa bir nəticə verməyəcək.
QR kodları bir neçə ildir ki, həyatımızın
içinə girməyə başlamış olsa da, "QR kod nədir" deyə soruşanda istehlakçıların
böyük bir qismi və hətta deyərdim ki çox şirkətlərin rəhbər və idarəediciləri
belə bu kodun nə olduğunu bilmir. Buna görə də QR kodunun nə olduğunu və onun
gücünün nə dərəcədə olduğunu anlayan şirkətlərin marketinq işləri ilə məşğul
olan qurumları, maraqlı fikirlərdən istifadə edərək internet alemi ilə yaxından
əlaqədə olan potansial müştərilərə çatmaq istəyirlər.
Azərbaycanda çoxda istifadə
olunmayan bu mettoddan, siz ilk istifadə edənlərdən olaraq öz markanızı vəya məhsulunuzu
dahada çox kütləyə təqdim edə bilərsiniz. Bunu etmək üçün mən bir sıra mərhələlər
qeyd etmişəm. Bunlar:
- Bir QR kod yaradın: QR (Quick Response) kod yaratmaq üçün bir çox pulsuz xidmət mövcuddur. Axtarış sisteminde QR code maker yazaraq bu saytlara çata bilərsiniz.
- Yaratdığınız kodu yoxlayın: Bu kodların oxunması üçün Android market və ya Apple Storedə yer alan bir tətbiqetməyə ehtiyacınız var. Android cihazlar üçün QR Droid, Apple Iphone üçün də QR Code Reader and Skayner işinizi görəcək..
- Billboardların üzərində, promo məhslulların üzərində, buklet məhsullarının üzərində, kartvizitlərin üzərində, posterlərdə, jurnallarda, elanlarda, mağaza girəcəklərində bu QR kodlarından istifadə edin.
QR kodlarını düzgün tətbiq
etməyiniz lazımdır. QR kodlarını Doğru yerde, doğru zamanda doğru məhsul üçün,
doğru reklamda və yaxud elanda istifadə etməsəniz nəticə ala bilməyəcəksiniz.
Xəta 1: Kodu Test Etməmək - QR kod yaradılarkən buraxılan səhvlərdən biri QR kodunun
test edilməməsidir. Müəyyən bir məsafədən oxunub oxumadığını ölçmək üçün mütləq
test etmək lazımdır.
Xəta 2: Çox Çox Mətn İstifadə Etmək - Yalnız qısa URL kifayətdir. Qr kodlara hər hansı bir
düz mətn əlavə etməyin.
İstifadəçi QR kodun
mahiyyətinə çatmaq üçün lazım olduğundan çox vaxt itirirsə bu ona rahat və cəzb
edici olmayacaq. İstifadəçi QR kodu oxutduğu zaman məzmuna dərhal rahatlıqla
çatmalıdır.
Xəta 3: Mobil Olmayan Səhifələr Təqdim Etmək - Saytınızın mobil
versiyası olmalıdır. Məhsulunuzu
yerləşdirəcək mobil saytlar olmalıdır ki, insanlar mobil telefon ilə rahatlıqla
sizin məhsulunuza yönələ bilsin.
Xəta 4: Data Xəttinin Olmadığı Yerlərə QR kod
Qoymaq
Bu metodu
tətbiq etmə zamanı önəmli olan ən əsas məsələlərdən biridə QR kodunu harada
yerləşdirməyinizdir.
Xəta 5: QR Kodlarının Sadəcə Məlumatdan İbarət
Olması
Bu nöqtə
subyektiv deyil, eyni zamanda ən mühümlərdəndir. Bir QR koda marağı artırmaq üçün münasib üsul, QR kodun arxasına endirim,
kupon, hədiyyə kimi bir yerkökü bağlamaq istifadəçiləri təltif etməkdir.
Mükafat, təşviq etməyə çalışdığınız şeylərə görə dəyişməlidir. Lazımsız və
sıxıcı məlumatlardan çəkinin.
Xülasə QR
kod istifadə edərkən aşağıdakı başlıqlara diqqət edin;
·
Xüsusi
media, videolar və fotolar istifadə edərək kiçik sahə sərhədsiz məzmundan
faydalanın,
·
Mobil dostu tətbiq hazırlayın, ən qısa şəkildə
istifadəçi hədəfə çatsın,
·
Anında qazan yarışları, xüsusi təkliflər kupon
və hədiyyə ilə QR koda yerkökü bağlayın,
·
QR kodu necə istifadə edəcəyinə dair istifadəçini
istiqamətləndirin.
·
Daha
düzgün yerləşim yerindən istifadə edin,
Digər Oxşar Yazılarım:
Hədəfi
Ölçmək Üçün Kiçik Bir Test
Uğura
Aparan Yol : Böyük Sual - Kiçik Sual


