Düzdür
mən bəzi yazılarımda hədəfə çatmaq üçün böyük düşünmək lazımdır söyləyirəm. Ama
bu o demək deyilki hədəfi əlçatmaz düşünmək gərəklidir. Planlı şəkildə hədəfə
getmədə uğursuz olmanın çox səbəbi var. Ama iki əsas səbəbi vardır. Bunlar:- Əlçatmaz hədəflər seçmək,
- Yada plan müddətini azaldaraq böyük yükün altına girmək.
Plan hazırladığınız zaman bunun içərisində
reallıq olması mütləqdir. Bəzən bir ildə çata biləcək hədəfi üç aya sığdırmaq
istəyənlər olur. Bu isə o işin həm yarımçıq olmasına və həmdə hədəfə çatmağın
ağır olduğunu həmin şəxsə hiss etdirir. Ama əslində plan hazırlandığı zaman hədəf
ölçülməsi əsas məsələdir. Məsələn, bir ildən sonra satışlarınızı gündəlik 100 ədəd
etmək istəyirsiniz. Hal hazırda isə gündəlik
satışınız 20 ədəddir. Bu o deməkdir ki, gündəlik satışı bir ildən sonra 80 ədəd
artırmaq lazımdır. Əgər siz bunu bir il üçün edə biləcəksinizsə planınızı ona
görə tətbiq edin. Əgər iki il üçün edəcəksinizsə hədəfinizi bir il üçün
planlamayın. Düşünək siz qərar verdiniz ki, bir il ərzində günlük satışı 20
ədəddən 100 ədədə qaldıra biləcəksiniz.
Hər
kəsə işlərində uğurlar diləyirəm.
Digər
yazılarım:
Zaman - Şəxsi Karyera - Pul
İnkişafa Bu Gündən Başlayın
Daha Ətraflı İş Axtarma Mərhələləri
İş Həyatında Uğur Qazanmanın 10 Sirri

