Buda
sizin müvəffəqiyyətinizi qarantiləyəcək, böyük bir ehtimalla sizi hədəfinizə
çatdıracaq bir qayda. Qazancınızın 3 faizini özünüzə investisiya olaraq ayırın. Hər dəfə qazanc əldə etdikdə bu prosesi təkrarlayın. Bunu etməklə siz, növbəti qazancınıza qədər özünüzə daha çox inamlı
olacaqsınız, daha çox məlumata yiyələnəcəksiniz.
Davamlı
olaraq bu qaydaya əməl edərək özünüzə investisiya ayırsanız, özünüzə, gələcəyinizə, qazancınıza qarşı
fikirlərinizdə müsbət şəkildə dəyişiklik olacaqdır. Daha bacarıqlı və məlumatlı
olacaqsınız. İşinizi, özünüzü, dəyərlərinizi və fikirlərinizi daha ciddi qəbul
edəcəksiniz. Toplum tərəfindən daha ciddi qarşılanacaqsınız.
Özunüzə
yatırdığınız hər manat qarşılığında 10, 20, 50, 100, hətta min manat pul
qazanmağın yollarını kəşf edəcəksiniz. Bəzən heç gözləmədiyiniz kitabdan yada
hansısa seminardan elə bir fikir öyrənərsiniz ki, bu fikirlə siz öz
"qabığınızı" qıra bilərsiniz. O fikir, sizin illərlə davam edəcək
işinizi daha qısa zamanda həll etmənizə köməkçi olacaqdır.
Qazancınızın
3 faizini özünüzə investisiya olaraq ayırdığınız zaman, illər sonra siz öz sahənizin
ən bacarıqlı və bilikli mütəxəssislərindən birinə çevriləcəksiniz.
Digər Oxşar Yazılarım:
İş
həyatında Xırdalıqlar Önəmlidir
