
İşinizdə hər zaman sizdən gözlənilən
standartdan daha çoxunu nümayiş etdirməlisiniz. Təkcə bununla kifayət etməməlisiniz
həmdə bunun məsuliyyətini öz üzərinizə götürməlisiniz. Professionallar hər
zaman öz işlərinə qarşı çox məsuliyyətli olarlar. Onlar öz işləri ilə bağlı çətinlikləri
başqalarının üstünə yıxmazlar. Əvəzində o çətinliyi həll edə biləcəkləri ən
düzgün yolu analiz edib seçərlər. Xoşlarına getməyən bir gedişatın olduğunu
gördükdə, bu işin öhdəsindən gələ biləcəklərinə inamlı olarlar.

İşin ən yaxşı tərəfi ondadır ki,
nə qədər çox məsuliyyətiniz olarsa, özünüzə və işinizə qarşı sevgi və hörmət
daha çox olar. Özünüzə və işinizə qarşı nə qədər sevgi və hörmət olarsa, o qədər
pozitiv olarsınız və özünüzü o qədər yaxşı və rahat hiss edərsiniz. Buda sizin
normalda görə biləcəyiniz işdən daha çoxunu görməyinizə imkan yaradacaqdır.
Bu andan etibarən harda işləməyinizdən
aslı olmayaraq özünüzü tək nəfərlik bir şirkət kimi düşünün. Bu şirkətin çətinliklərlə
qarşılaşa biləcəyini, böyük müvəffəqiyyətlər qazana biləcəyini təsəvvür edin.
Buna görədə bu şirkətin planları, strategiyaları, taktikaları, misyonunu,
vizyonununun düzgün olması lazım olduğunu düşünün. Bunlar üzərində ciddi şəkildə
işləsəniz, işinizə qarşıda o qədər ciddi və məsuliyyətli olarınız. Şəxsi
qazancınızda gündən günə ilərləyişlər olar. Karyeranızda böyük nailiyyətlər əldə
edərsiniz.
Digər Oxşar Yazılarım:


