Davamlı
olaraq çətin və fərdi işlər görün. Hər kəsin çətin gördüyü, etməkdən boyun
qaçırdığı işləri siz xoşlayın. Bu işləri etməyə can atın. Bu sizə çətin işlərin
üzərindən gələ biləcək bir insan olduğunuzu hiss etdirməklə bərabər, həmdə ətrafınızdakı
insanlara sizin nə qədər iradəli olduğunuzu göstərəcəkdir. Bu xüsusiyyətiniz
sizi digərlərindən fərqləndirəcəkdir. Bu işlər, sizin yerinizi iş
sahəsində bərkidəcək və gələcəkdəki çətinliklərə hazırlayacaqdır.
Tək
başına edilə biləcək çətin işlər təkcə şirkətdəki iş sahəsində deyil. Bu bir
qış günü hər kəsin yuxuda olduğu bir vaxtda sizin bir hədəf üçün
çalışmağınız, daha yaxşı formada olmağınız üçün hər gün uzun məsafələr
qaçmağınız, gözəl fikirlər verən kitablar oxumağınız, daha çox sata bilmək üçün
daha çox müştəri ilə görüşmək kimi fəaliyyətlərdə ola bilər.
Əsas
odurki fərdi bir şeylər görməyə çalışın. Bu sizə əzimli olmağı, bir işin üstəsindən
tək gələ biləcəyinizi öyrədəcəkdir. Professional iş adamları uzun uzadı iş fəaliyyətlərini
yaxşı bilərlər. Onun üçündür ki, onlar hər zaman digərlərinin bir addım önündə
olurlar.



