Düzdü
biliyin, bacarığın olması çox gözəldir. Ama əgər bunu istifadə edə bilmirsinizsə
bu heç bir şeyə bərabərdi. Bu bacarıq və biliklərlə bərabər özünüzü yaxşı dəyərləndirməyi
bacarmalısınız. Beyninizi, fikirlərinizi, biliyinizi və bacarıqlarınızı elə bir
qiymətdən ortaya qoymalısınız ki onlara hər kəs sizin qədər dəyər versin. Ama
bunu edərkən heç vaxt nə qədər yaxşı olduğunuzu söyləməyin. Bunu onsuzda etdikləriniz
sizin əvəzinizdən söyləyəcəkdir. Referanslarınızı artırın. Əgər bir fikri,
ideanı real olaraq tətbiq edə bilmirsinizsə, bunu edə biləcək adamları ətrafınıza
toplayın və motivasiyalarını artırın. Onlara dəyər verin, çünkü onlar sizi hədəfə
aparacaqdırlar.
Qurumlarda
o qədər az insan fikirləri həyata keçirmə iradəsinə sahibdir ki, bunu edə bilənlər
diqqəti cəlb edərlər və axtarılan insan halına gələrlər. Fikirləri çalışın ki,
istər öz gücünüzə istər digərlərinin gücünə realda tətbiq edə biləsiniz.
Səhnədə
işığın altında durun. Yuxarı məqamlardakı müdürlərə edilən təqdimatlar, şirkət
üçün verilən dərslər, satış qruplarına edilən danışıq yerləri və s. əsasən
dediyim bu işığın altıdır. Gözləməyinki bu məqamlar gəlib sizi tapsın, siz
onların üzərinə gedin. Yaddaşlardan silinməyəcək performanslar üçün çox
çalışın.
Digər Oxşar Yazılarım:



