Bir
şirkətin CEO-su ola bilmək üçün geniş baxış bucağına sahib, çox oxumuş, çox
çeşidli sektorlardan anlayan biri olmanız lazımdır. Problemlərə həll yolu
tapmaq üçün bunları bilməniz şərtdir. Eyni zamanda enerjinizi problem üzərində
yoğunlaşdıra bilmək qabiliyyətinizdə mükəmməl olmalıdır.
Həyatınıza
davamlı olaraq böyük proyektlər əlavə edə bilməyiniz, sizi sürətlə böyük məqamlara
daşıyacaqdır. Bu proyekt olmayada bilər. Bir fərqlilik, bir yeni bacarıq da əlavə
etsəniz sizin uğurunuzdur. Xarıcı bir dil, fotoqrafçılıq və s. öyrənmək olar.
Kitab yazmaq, ağac əkmək və bəsləmək, piyaninoda ifa edə bilmək kimi yeni
bacarıqlar sizə yeni fikirlər verəcəkdir.
Qarşınızda
on il ərzində sizə yararlı ola biləcək bacarıqların cədvəlini
hazırlayın,bunları illərə vaciblik dərəcəsinə görə paylayın və heç gecikmədən
başlayın. Yeni bacarıqlar yeni fikirlər deməkdir. Siz hər bacarığınızda rəqiblərə
görə daha güclü və irəlidə olacaqsınız.
Digər Oxşar Yazılarım:
