Mihaliy ve onun Chicago Universitetindəki qruppası tərəfindən bir test
modeli ortaya qoyuldu. Özlərinə nümunə
üçün insanlar seçdilər və bunlara 1 həftə ərzində gündə 8 dəfə zəng edərək əhvallarının
nə yerdə olduğunu soruşub qeyd etdilər. Bu test zamanı insanların hansı
zamanlarda daha motivasiyalı olduğunu ortaya qoyaraq bunun səbəblərini nümunə
seçilən insanlardan öyrəndilər. Nələrin qaydasında getmədiyini, nümunə seçilən
insanların nələri dəyişmək istədiklərini müzakirə etdilər. Hədəflərinə gedən
yolda onlara daha yaxşı "Axış Testi" yaratdılar. Bu model özünü iş
sahəsindədə qısa bir zamanda doğrultdu.
Sizdə
bu modeli özünüzə tətbiq edə bilərsiniz. Bir həftəlik müddət aralığı seçərək,
gün ərzində müəyyən vaxtlarda telefonunuzda zəngli saat funksiyasını avtomatik
işlək halda tutun. Bu zəngli saat sizi xəbərdar etdikdə zamanı və əhvalınızın nə
yerdə olduğunu bir kağıza qeyd edin. Sonda birdə əhvalınızın belə olmağının səbəbini
qeyd edin. Bu zamanlar və səbəbləri qarşılaşdıraraq özünüzə daha keyfiyyətli
"axış test"i hazırlayın. Bu keyfiyyətli axış testini, öz görəcəyiniz
iş planı üzrə üst üstə gətirin. O zaman aralığında motivasiyanızın yüksək
olduğuna görə əvvəlki zamanlara nisbətən daha keyfiyyətli iş ortaya çıxaracaqsınız.
İşinizi,planınızı daha məhsuldar yerinə yetirəcəksiniz. Qalan zamanda isə daha
çox iş görə bilər və yaxud bunu yaxınlarınıza ayıra bilərsiniz. Məsləhət görərdimki
sadecə vaxtınızı işə sərf etmiyəsiniz. Ailənizə, dostlarınıza, yaxınlarınızada
vaxt ayırasınız.Ugurlar.
Digər Oxşar Yazılarım:
Uğura
Aparan Yol : Böyük Sual - Kiçik Sual
Daha
Yüksək Yaşam Standartları Əldə edin
Daima
Öyrənərək Daima Rəqabətə Hazır Olun
- Twitter
- Facebook
- Google
- Tumblr
- Pinterest
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir.
Çalışdığı şirkətlər:
Əmlak.az - Marketing manager,
BHB - Marketing and sales manager,
Biznesmen.az - Partner and Project Manager,
Auto Azerbaijan - Marketing manager.