Bəzən hədəfə çatmaqda ən böyük problemlər özümüz oluruq. Digərlərindən
seçilmək, fərqlənmək istəyən birisinin özünə inamı çox vaci amildir. Özünə inam
həm öz zehnində tam olaraq oturuşmalıdır həmdə ətrafında olan insanların
zehnində yerləşməlidir.
Hər zaman
şirkət rəhbərləri ilə, professional iş həyatında yüksək məqamlara yüksəlmiş
insanlarla, böyük lahiyələrə rəhbərlik, liderlik etmiş insanlarla bir məkanda
olduğumuz zaman bu uğurları necə əldə etdiklərini onları müşahidə edərək fikirləşirdim.
Axı onların digərlərindən o qədərdə fərqləri yox idi. Onları fərqli edən xüsusiyyətin nə olduğunu
düşündüyüm zaman özüm üçün böyük bir şey kəşf etdim və bunu sizlərlədə bölüşmək
istəyirəm. Onlar başladıqları yolda bütün qorxuların üzərindən xətt çəkmişdilər.
Onlar problemlərinə əvvəlcədən öz zehinlərində həll yolu tapmışdılar. Onların
özlərinə inam xüsusiyyətləri çox qabarıq şəkildə idi. Bu xüsusiyyəti özümdə hər
gün dahada möhkəmlətdikcə daha özümə etibar etməyi bacarıram. Siz özünüzə güvənməlisiniz.
Bunu siz etməsəniz, başqaları sizə heç bir zaman inanmayacaqdır.
Çox
insan tam olaraq özünə əmin olmasada, özünə güvənməsədə istədiyi müvəffəqiyyətləri
əldə edə bilir. Bu insanlar özlərinə güvənməsələrdə, özlərini öz güvəni yüksək olan kimi göstərərək buna
nail olurlar. Buda doğrudur ki ətraf mühitin və ətrafınızdakıların sizdən
aldığı müsbət siqnallar sizi uğura aparacaq. Özünüzə inamınız hələdə azdırsa
ama buna baxmayaraq hədəfləriniz böyükdürsə mütləq düşüncənizdə, zehninizdə
böyük dəyişikliklər etməlisiniz. Digər Oxşar Yazılarım:
Lider
Olmaq Üçün Tərgidilməli 20 Vərdiş


