Bəzi insanlar hədəflədikləri yerlərə çatmaq üçün bütün güclərini
istifadə edirlər. Bu bir dağa dırmanmağa bənzəyir. Bəzi insanlar öncədən dağın başına qədər çətinliklədə
olsa çixırlar. Sonra dağın başından aşağda olan dostlarına çıxarkən nələrə diqqət
eləmək lazım olduqlarını qışqıraraq söyləyirlərki onlar əziyyət çəkməsinlər. Bu
gündə bir liderin məsləhətlərindən istifadə edəcəyəm.
Bu
yazımda Susan Bulkeley Butler-in " Özünüzün CEO-su Olun" kitabından yazarın məsləhətlərini öz fikirlərimlə
cəmləyib qısa şəkildə bir yazıda toparlamağa çalışacağam. Susan Amerika səviyyəsində tanınmış lider, məsləhətçi, təlimçi və
Amerikanın böyük şirkətlərindən olan İT mütəxəssisliyi təlimləri verən
Accenturenin ilk qadın ortaqlarındandır.
Hər
şeyin sizin üçün fəaliyyətdə olmağını istəyirsinizsə bu yazı sizə çox kömək
olacaq. Bunun üçün 4 edilməsi lazım olan işiniz var.
Birinci Edilməsi Lazım Olan İş - Gələcəyinizi
Gözünüzdə Canlandırın
Hədəfinizin nə olduğunu və haralara getmək istədiyinizi təsbit edin. Liderlərin hər zaman gələcək
üçün bir vizyonu olub. Kimlərki öz üzərlərində daima çalışırlar, onlar hər
zaman digərlərindən daha çox dünya görüşünə sahib olurlar. Özünüzün CEO-su
olaraq sizində öz kariyeranız və həyatınız üçün bir sonra ki həfətə, ay , il
beş il və ömrünüz üçün bir hədəfiniz olmalıdır.
Hədəf yaradıb planlamaq üçün bu yazılarımı oxuya bilərsiniz. Üç
Faiz Qaydası, Böyük Ugurlara Gedən Yol ,
, Daima
Öyrənərək Daima Rəqabətə Hazır Olun , Məğlubiyyətizin
İmkansızdır , Şəxsi
PR ,
İkinci Edilməsi Lazım
Olan İş - Hədəflərinizi Dəstəkləyənləri Bir Araya toplamaq
Hədəflərinizi necə real edə biləcəksiniz? Bir insan hədəflərinin bir hissəsinə özü təkdə
çata bilər. Ama bütöv olaraq hədəflərə çatmaq üçün bir komandanın olması
vacibdir. Komandanı cəm etməm üşün bu yazıma göz gəzdirə bilərsiniz. Hədəfləriniz
Üçün Ətrafınızı Yönləndirin , İstedadlı
İnsanlara Yatırımlar Edin ,
Üçüncü Edilməsi Lazım
Olan İş - Planınızı İnkişaf Etdirin
Nə etmək lazım olduğunzuu və bunu necə etmək lazım olduğunu
dahada dəqiqləşdirin. Daha dəqiq planlamanı, sərmayəni haradan tapacağınızı,
analizləri, hər gün hansı işinizə nə qədər vaxt ayıracağını, bütövlüklə hər bir
şeyi yaxşı planlaşdırın.
Dördüncü Edilməsi Lazım Olan İş - Prosesi İşə Salın
Artıq hər şey hazırdır, sadecə hər şeyin yolunda getməsi
üçün plan üzərindən hərəkət etmək lazımdırki işlərdə əksikliklər olmasın.
Planlarınızı, sərmayənizi, vaxtınızı gözəl şəkildə idarə etməyi hər gün dahada mükəmməlləşdirməyə çalışın. Uğurlar
diləyirəm sizlərə.
Oxşar yazılarım :
Hədəfi
Ölçmək Üçün Kiçik Bir Test




