Bu yazımda Pusqu Marketinqdən (Ambush
Marketing) bəhs etmək istəyirəm. Pusqu marketinq "Parazit Marketinq"
olaraqda tanınır. Pusqu Marketinq, bir idman,sosial yada bir siyasi hadisə ilə əlaqəsi
olmadığı halda reklam,PR və digər marketinq fəaliyyətlərindən
istifadə edərək öz məhsullarını önə çıxartmaq üsuludur. Gəlin ən məhsur olan
bir neçə nümunə hadisəyə baxaq.
Fuji 1984-cü il Olimpiyadayasına rəsmi
sponsurluq edərkən, Kodak Amerika milli yığmasının oyunlarının TV-də
yayınlanması üçün sponsorluqu ələ aldı. Beləliklə Amerikada olimpiyadanın rəsmi
sponsuru Kodak olaraq bilindi. Resmi sponsuru Kodak olan Seul 1988 Olimpiyadasında
Fuji, Tv yayınlarını ələ keçirərək bunun əvəzini çıxa bildi.
Sidney 2000 Olimpiyadasında Qantas
Hava Yollarının istifadə etdiyi " The Spirit of Australia" şüarı
oyunların "Share the Spirit" şüarı ilə üst üstə düşmüşdür. Bunun tam
bir təsadüf olduğunu bildirən Qantas özünü müdafiə etmişdir.
Pringles, Wimbledon Tenis turnirinə
sponsur olmasada, tenis topu qutularına bənzəyən qutularda çipsi istehsal edərək
onların üzərində "bunlar tenis topu deyil" yazısı ilə 24 min ədəd
Pringles-i turnir keçirilən meydanlara yaxın yerlərdə əhaliyə paylamışdır. Əlavə
olaraq izləyiciləri cəlb etmək üçün Roger Federer və Björn Borg kimi tenis əfsanələrinin
oxşarlarından və böyük pringles qutularından istifadə etmişdir.
Pusqu Marketinqin 3 növü var:
- Birbaşa Pusqu - Hadisə ilə heç bir əlaqəsi yoxdur. Ancaq özünü hər hansısa bir yolla bu hadisədə ki əsas məsələlərlə əlaqəndirərək özünü hadisə içində göstərmək.
- Dolaylı Pusqu - Terminologiyadan və dolaylı yollardan istifadə edərək həmin baş tutacaq hadisədən xeyir əldə etmək. Məsələn : Nike Pekin Olimpiyadası üçün hazırladığı xüsusi geyimlərlə özünü sponsurmuş kimi və hadisə ilə əlaqəsinin olduğu kimi göstərmişdir.
- Təsadüfü Pusqu - Bir idmançı, komanda, siyasi xadim və s. tərəfindən seçim edilən markanın, o hadisə ilə əlaqəsinin olması kimi görsənməsini nümunə olaraq göstərə bilərik.
Digər Oxşar Yazılarım:


