
Bu yazıda mən, böyük naaliyyətlər əldə etmək üçün zirvədə
olanların getdiyi yolun izlənilməsinin vacibliyindən yazmışam. Sonda isə bunun
heçdə boş yerə söylənilmədiyini və bu deyimin Səbəb - Nəticə qanunu ilə birbaşa
əlaqəli olduğunu açıqlamışam.
Əslində əvvəlki zamanlara baxdıqda,
indiki zamanda böyük uğurlar əldə etmək daha rahatdır. İqtisadiyyatın
böyüklüyü, bazarların genişliyi, məhsul çeşitlərinin bolluğu, texnologiya,
qloballaşma, reklam etmənin asanlaşması, məlumatların rahatlıqla əldə edilməsi
və s. bunları dahada artıra bilərik. Bunlarla paralel edilməsi lazım olan sadecə
bir ünsür var ki, buda hər şeyi doğru etmək və sona qədər əzm göstərmək. Bəs necə bilərik
ki, biz işimizi doğru edirik?
Araştırmalar göstərir ki, indi böyük
qazanca sahib olan şirkətlər və yaxud şəxslər, uzun illər boyu eyni sektorda səy
göstərmiş və böyük nəticələr əldə etmiş,sektorun lideri olmuş digər şirkət və şəxslərin
getdiyi yolu izləmişlər. Burda toxunulması lazım olan üç əsas məsələ var.
Birincisi liderləri izləyərək özünüzü hər gün dahada yaxşılaşdırmalısınız.
İkincisi bunun qarşılığında əvvəl ki zamanlara nisbətən daha yaxşı qazanc əldə
edəcəksiniz. Üçüncüsü isə bu proseslər gedərkən, qazancınızın bir hissəsinə qənaət
edərək daha böyük yatırımlar etməlisiniz. Bu prosesi hər kəs edə bilər və nəticəsini
tez bir zamanda əldə edəcəkdir.
Yazının əvvəlindədə bildirdiyim kimi
"Zirvədəkilər kimi düşünmək lazımdır" deyimi boşuna söylənilməmişdir.
Bu deyim Səbəb - Nəticə qanunu ilə çox yaxından əlaqəlidir. Beləki bu qanuna əsasən
baş verən hər bir hadisənin bir vəya bir neçə səbəbinin olduğu söylənilir.
Burdan yola çıxaraq sizdə istədiyiniz hədəflərə çata bilərsiniz. Etməniz lazım
olan isə, bu nəticəni əldə edən birini tapmaq və onun bu nəticəni əldə etmək
üçün etdiklərinin eynisini etməkdir.
Digər Oxşar Yazılarım:



