Bu yazımda
dünyada vaxti ilə ən böyük şirkətlərdən sayılan
ama səhv idarə edicilər və ya sərt böhranlar nəticəsində iflas edən 10
şirkəti və səbəblərini ələ alacağam.
10-cu yerdə :
Pasific Gas and Electric şirkəti enerji sektorunda vacib
quruluşlardan birisi idi. Qiymət dalğalanmalarına çarə tapa bilməyən şirkət
2001-ci ildə 36.100.000.000 $ ilə iflas etdi.
9-cu yerdə :
Thornburg Mortgage şirkəti maliyyə böhranına tab gətirə
bilməyərək 2009-cu ildə 36.500.000.000 $ ilə iflas etdi.
8-ci yerdə :
Chrysler şirkəti böhrana tab gətirə bilməyərək
2009-cu ildə 39.000.000.000 $ ilə iflas
edərək şirkətin böyük bir qismini İtalyanın Fiat şirkətinə satdı.
7-ci yerdə :
Conseco şirkəti Amerikanın vacib kredit və
siğorta şirkəti idi. Borcları səbəbindən 2002-ci ildə 61.000.000.000 $ ilə
iflas etdi.
6-cı yerdə :
Enron şirkəti Amerikanın vacib enerji şirkətlərindən
biri idi. 2001-ci ildə zərərlər səbəbi ilə 65.500.000.000 $ ilə iflas etmişdir.
5-ci yerdə :
CIT şirkəti güvənilən şirkətlərdən
birisi olsada borcları səbəbi ilə
2009-cu ildə 71.000.000.000 $ ilə iflas etmişdir.
4-cü yerdə :
General Motors şirkəti Amerikanın və dünyanın ən
böyük avtomobil şirkətlərindən birisi olan quruluş, düzgün idarə edilməmə və
maliyyə böhranı səbəbindən 2009-cu ildə 91.000.000.000 $ ilə iflas etmişdir.
3-cü yerdə :
WorldCom şirkəti Amerikanın ən böyük 2-ci telekom
şirkəti olmuşdur. 2002-ci ildə 11 milyardlıq skandal səbəbi ilə dövlət, şirkət
idarəsinə əl qoymuşdur. O zaman şirkətin bütçəsi 103.900.000.000 $ idi.
2-ci yerdə :
Washington Mutal şirkəti, batma qorxusu səbəbi ilə
müştərilərin 1 il içərisində şirkətdən 16 milyard çəkməsi ilə 2008-ci ildə 327.900.000.000
$ ilə iflas etmişdir.
1-ci yerdə :
Lehman Brothers şirkəti Wall Streetin ən böyük
investorlarından biri idi. İflas etməsi dünya iqtisadiyyatını belə sarsıtdı.
2008-ci ildə 691.000.000.000 $ ilə iflas etdi.
Digər Oxşar Yazılarım:
Digər Oxşar Yazılarım:
İş
həyatında Xırdalıqlar Önəmlidir
İstedadlı
İnsanlara Yatırımlar Edin


