Son zamanlarda iş dünyasında şirkətlər arasındakı rəqabətin
artması bir çox şirkətlərin iflas etməsinə səbəb olmuşdur. Bu yazımda şirkətlərin
iflasına səbəb olan şirkət idarə edicilərnin gözardı etdikləri bəzi məqamlara
toxunacam.
1. Zamanı və risqi düzgün analiz etməmək.
2. Qəliz problemləri dövrlərə ayıraraq uzun zamanda həll etmək
qaldığı halda, qısa zamanda problemi həll etmək istəyi.
3. Şirkətin olduğu bazardakı trendlərə ayaq uydura bilməməsi,
yada bilərəkdən ayaq uydurmaması.
4. Şirkət idarə edicilərinin bazarda gələcək illərdə ola biləcək çətinlikləri
(risqlər, böhran, bazar kiçilməsi və s) göz ardı etmələri.
5. Rəqibləri düzgün dəyərləndirə bilməmək.
6. Şirkətin bazarda ola biləcək dəyişikliklərə ayaq uydura
bilməməsi, yəni ki elastik olmaması.
7. Hədəflərin həddindən artıq yüksək qərarlaşdırılması.
8. Oz sahəsində lider olan şirkətlərə öz bazarları yetmədikdə,
digər bazarlara yatırım edirlər. Hər bazardada bu nəticəni əldə edəcəklərini
düşünən idarə edicilər bir çox bazarda rəqabət apardıqlarına görə,
şirkəti iflasa sürükləyə bilirlər.
9. İşləri idarə edərkən qaydaları pozmaq və bunu tez tez təkrarlamaq.
10. Köhnə və bəlkədə artıq qüvvəsini itirmiş hesabatlara
baxaraq qərarlar vermək.
Digər Oxşar Yazılarım:
Hədəfi
Ölçmək Üçün Kiçik Bir Test
Daha
Yüksək Yaşam Standartları Əldə edin


