İş adamlarının ən yaxşıları, hər zaman özlərinə
və bacarıqlarına inananlardır. İşinizlə bağlı nə qədər şövqlü olsanız və inamlı
hərəkətlər etsəniz bu sizin ətrafınızdakılara və əsasəndə iş yoldaşlarınızada təsir
edər. Sizdə olan şövq, onlarada yoluxmuş olar. Sizin müştərilərinizdə bu şövq
alış-verişini hiss edər və buna qarşılıq verərər. Buna "Motivasiyanın
transferi" deyilir.
Hər zaman düşündüyünüzün sonunda qazanacağınız,
prinsibi ilə " İşimi sevirəm, işimi sevirəm" kəlmələrini tez tez işlətməniz
sizə işinizi birazda sevdirəcək. Bunun haqqında çox təlimçilərin dilindən və uğur
qazanmış böyük insanlardan eşitmişəm. Hətta Richard Bach öz uğurlarının sirləri
haqqında yazdığı kitabında "Arzuların nə qədər böyük olarsa, sənə onu həyata
keçirmək üçün verilən güc o qədər böyükdür." cümləsini işlətmişdir. Brain
Tracyni yəqin ki çoxunuz tanıyırsınız. O öz liderliklə bağlı yazdığı kitabında özü haqqında ən sevdiyi cümləsini belə qeyd etmişdir:
"Ozümü çox sevirəm, işim üçün isə ürəyim gedir." Kitabında bu cümləni
hər səhər özünə söylədiyini vurğulayır.
Zirvədəki iş adamlarının hər biri özünü sevər
və işlərindən xoşlanarlar. Buna görə sizdə gördüyünüz işin ən gözəl iş olduğunu
düşünün hər zaman. Ən gözəl işi ən gözəl şəkildə yerinə yetirmək lazımdır teorisi
ilə hərəkət edin. İşinizin hər mərhələsində motivasiyanı yaddan çıxartmayın.
Çünki "Motivasiya transferinin" mənbəyi sizdən başlayır
Digər Oxşar Yazılarım:


