Bu yazımda məğlubiyyətinizi imkansız edən bəzi ünsürlər vardır
ki, onlara toxunmuşam. Məğlubiyyət kəliməsi sadecə müharibələr və yaxud idman
oyunları üçün keçərli deyildir. İş həyatında rəqiblərin çoxluğu,sürətli inkişaf
sizin rəqiblərinizlə mübarizə aparmağınızı tələb edir. Mübarizə apara bilmədiyiniz
təqdirdə müvəffəqiyyət əldə edə bilməyəcəksiniz. İlk öncə müvəffəqiyyət qazana bilməcəyinizə özünüz inanmalısınız.
Qorxu,
şübhə hər zaman müvəffəqiyyətin düşməni olmuşdur. Bunlar, üzərində qələbə
qazanılması lazım olan başlıca düşmənlərdir. Hər kəs nədən və yaxud nələrdənsə
qorxar. Ortalama insanlar riskli vəziyyətlərdən, qorxu gətirəcək hadisələrdən çəkinirlər.
Cəsur insanlar isə, hər zaman özlərini qorxulu bir şeyi etməyə təşviq edirlər.
Biznes sektoruda belədir. Ama biznes sektoru üçün cəsurluqla birlikdə, ağıllı
analizlər etmə bacarığınında olması lazımdır.
Dediyimiz
kimi hər bir işin riski olduğu üçün, o işi görənlərində hər birində qorxu
vardır. Sizi, öz sektorunuzda böyük müvəffəqiyyətlərdən uzaq tutan o qorxunu
aşkar edin. Sonra, bu qorxunun sizdə heç
olmadığını düşünün. Etdiyiniz hər bir işdə müvəffəqiyyətin zəmanət olduğunu
düşünün. Heç bir qorxunuz olmazsa necə hərəkət edərdiniz?
İnanın
ki, qorxunu içinizdə yox etməklə siz
gündən günə qələbəyə, hədəflərinizə və müvəffəqiyyətinizə addımlayacaqsınız.
Digər Oxşar Yazılarım:
Digər Oxşar Yazılarım:
Uğura
Aparan Yol : Böyük Sual - Kiçik Sual
Daha
Yüksək Yaşam Standartları Əldə edin


