Zamanla öz iş sektorunuzda çalışdıqca siz professionallığın
sirlərinə yiyələnəcəksiniz.
Bu normal hadisədir. Təcrübələr artdıqca professionallıqda artır. Yalnız siz
daha artığını etməlisiniz. Professionallığın sizin üzərinizə gəlməsini gözləməkdənsə,
siz onun üzərinə getməlisiniz. Belə olduğu təqdirdə tez bir zamanda daha çox mərhələlər
qət etmiş olacaqsınız. Bu yazımda ki əhatə etdiyim mövzuda elə bundan ibarətdir.
Professional
iş adamlarının, öz işlərində özlərini bəyənmələrindən əlavə olaraq, onlar özlərini
məsləhətçi olaraq hiss edirlər. Qarşısındakı insanlara dəyərli məsləhətləri
verməyi xoşlayırlar. Bu verdiyiniz dəyərli məsləhətlər, sizi iş yoldaşınızın,
müdürünüzün, işçinizin, müştərinizin, dostlarınızın və s. insanların yanında
dahada dəyərli edəcəkdir. Ama iş dəyərli məsləhətlər verməklə tamamlanmır. Gərək
ki, sizin verdiyiniz məsləhətlər özünü doğrultsun. Məsləhətləriniz özünü
doğrultduqdan sonra, ətrafınızdakı yuxarıda sadaladığım insanlar artıq sizə güvənəcək
və sizi işinizdə professional bir şəxs kimi qarşılayacaqlardır.
Digər Oxşar Yazılarım:
Lider
Olmaq Üçün Tərgidilməli 20 Vərdiş
İş
Həyatında Davamlı Olaraq İnkişaf


