Bu
yazımda bir şirkətin ən yüksək pilləsinə çıxmaq üçün 22 qızıl xüsusiyyət hansılar
olduğunu qeyd edəcəyəm. Bu qızıl
qaydalar Coca Cola, Racom, Barens Group, Nextel, Healthcare, Mcdonald's,
Bevarage Company, Bar-s Food, Forbes, AT & T Group və onlarla bu tipli
böyük şirkətlərin rəhbərləri və CEO-ları ilə müsahibədən sonra D.A. Benton tərəfindən
yazılan iş həyatında son illərdə önəmli kitablardan olan CEO Kimi Düşünmək
kitabında qeydə alınmışdır. Şirkət və iş həyatında zirvəyə çatanlarda olan 22
xüsusiyyət bunlardır:- Özlərinə hər zaman güvənirlər,
- Hərəkətlərini, Düşüncələrini, Fəaliyyətlərini daima idarə etməyi bacarirlar,
- Əzimli olurlar,
- Davamlı olaraq öz üzərlərində işləyərək özlərini inkişaf etdirirlər,
- Dürüst olurlar və iş etikasına riayət edirlər,
- Özlərinə məxsus düşüncə tərzləri var,
- Təvazökardırlar,
- Danışmadan əvvəl hər zaman düşünürlər,
- Tərzlərindən və öz güclərindən xəbərdardırlar,
- Hər zaman üçün cəsarətlidirlər,
- Zarafat etməyi bacarırlar,
- Biraz aktyorluq bacarıqları var,
- Xırdalıqları daima nəzərdə saxlayırlar və analiz edirlər,
- İş performansları yüksəkdir və insanları yönləndirməyi sevirlər,
- Öz adamları üçün mübarizə aparırlar,
- Səhvlərini qəbul edirlər ama heç bir zaman üzr istəməzlər,
- Doğru yolda getmək onlar üçün çox vacibdir,
- Kübardırlar,
- Oduqları sahədə baş verən hər yenilik ilə maraqlanırlar, yəniki yenilikçidirlər,
- Rəqabətçidirlər,
- Trendlərə ayaq uydura bilirlər, yəniki elastikdirlər,
- Yaxşı danışıq qabiliyyətləri var.
İşinizdə,
kariyeranızda, şirkətinizdə ən yaxşılardan olmaq istəyirsinizsə bu 22 xüsusiyyəti
özünüzdə cəm etməlisiniz. Əgər siz bunların çoxsunun sizdə var olduğunu
düşünürsünüzsə, özünüzə qiymət verməyi bacarın. Əksik yönlərinizi aradan
qaldıraraq daha uğurlu iş standartları və həyat standarları əldə edin. Xeyirli
olması diləyi ilə.
Digər Oxşar Yazılarım:
Digər Oxşar Yazılarım:
Lider
Olmaq Üçün Tərgidilməli 20 Vərdiş


