Bir iş
yerində marketinqin nə qədər əhəmiyyətli rol oynanıb oynanaması və yaxud iş
yerində marketinq anlayışının nə qədər düzgün var olub olmamasını dördü əsas,
beşi isə ikinci dərəcəli ünsürlə ölçmək olar. Bunlar:
1. Müştəri mərkəzli
düşüncə
1.1. Ümumi
ehtiyacların bilinməsi
1.2. Hədəf
qurupların bilinməsi
1.3. Məhsul
fərqliliyi
1.4. Fərqli
üstünlük strategiyası
1.5.
İstehlakçı araşdırması
2.
Bütövlüklə marketinq
3.Müştəri
razılığı
4.Sistemli
planlama
1. Müştəri mərkəzli düşüncə
Müştəri mərkəzli
düşüncə anlayışı, məhsulun kəşf edilməsindən ve yaxşılaşdırılmasından bazara
paylanması və satışına qədər gerçəkləşən hər bir fəaliyyətdə iş yerinin öz məhsuluna
müştəri gözü ilə baxmasını vacib qılır. Bu anlayışı bəzi cümlələrlə ifadə edə
bilərik,
İş yerimizə
müştəri gözü ilə baxmalıyıq.
Müştəri hər
şeydən önəmlidir.
Iş yerində ən
yuxarı məqamda müştəri adlı kral oturur və s.
Bu anlayış
çox vacibdir ama bu anlayışın iş yerində məna kəsb etməsi üçündə bir sıra alt
anlayışlar lazımdır.
1.1. Ümumi ehtiyacların bilinməsi
Bu anlayış
sizə hal hazırda olduğunuz bazarda istehlakçıların sizin məhsulunuza nə ölçüdə
ehtiyac hiss etdiyini ölçəməyə yardımçı olur. Əsas vacib tərəfi ondadır ki, bu
anlayışda siz ehtiyacın nə dərəcədə vacibliyini və dəyişə bilirliyini ölçməyi
bacarmalısınız.
1.2. Hədəf qurupların bilinməsi
Bu anlayışla
siz hansı növ müştəriyə xitab etdiyinizi anlayırsınız. Hər müştəri qrupunun istək
və ehtiyacları fərqlidi.
1.3. Məhsul fərqliliyi
İş yerləri bu anlayış
sayəsində, həm məhsulun qiymətini qaldıra bilərlər, həm bazardakı bazar payını
qoruyub və ya artıra bilərlər, həmdə daha çox məhsul sata bilərlər.
1.4. Fərqli üstünlük strategiyası
Hər iş yeri
öz məhsulu və bazarı üçün fərqli bir üstünlük sahəsi yaratmalıdır. Qələbənin əsası
strategiyaya dayanır ki iş yeridə öz fərqliliyini strategiyalara yansıtmalıdır.
1.5. Bazar və istehlakçı araşdırması
Marketinqdə
heç bir zaman bir bazarı və ya istehlakçını 100 % araşdırıb öyrənmək olmur. Amma
mümkün dərəcədə çox öyrənmək o işdəki risqi aşağı salar. Bu belə olmasa idi hər
il yüzlərlə böyük şirkətlər tərəfindən bazar və istehlakçıların araşdırılmasına
milyonlarla pul ayrılmazdı.
2. Bütövlüklə marketinq
Bütövlüklə
marketinq anlayışı, iş yerini bir bütün olaraq ələ alan və iş yerinin müvəffəqiyyəti
üçün tək başına marketinq şöbəsinin fəaliyyətlərinin yetərli olmadığını ortaya
qoyan bir anlayışdır. Bu anlayış iş yerinin müvəffəqiyyəti üçün bütün şöbələrin
birlikdə çalışması və yuxarı məqamda çalışanlarla daha aşağı məqamda
çalışanların hədəfinin bir olmasını ortaya qoyur.
3. Müştəri razılığı
Bu
anlayışda çox vacibdir. Çünki iş yerinin gələcəyini təyin edən ünsür müştəridir.
Müştəri razılığı iş yerinin əsas məqsədi deyil. Sadecə əsas məqsədə çatması
üçün lazımlı olan alt bir ünsürdür.
4. Sistemli planlama
Bir iş
yerində sağlam və ətraflı bir planlama yoxdursa, o iş yerində sağlam idarə etmənin
olmamasının nəticəsinidir. Onun üçündə bu anlayışın iş yerində olması vacibdir.
Sistemli planlama, sadecə fəaliyyətlərin nizamlı olduğunu göstərmək üçün deyil, idarəediciləri ətraflı
düşünməyə və araştırma etməyə yönəltdiyi üçündə vacibdir.
Digər Oxşar Yazılarım:


