Jeffrey Fox Kimdir
Jeffrey
Fox, Sales & Marketing
Manegement jurnalının marketologu, Milli Sənaye Distribyutor Birliyinin
marketologu olub və Amerikan Marketologlar Birliyinin "İlin marketologu"
adının sahibi olub. Bundan əlavə bir çox öndə gələn beynalxalq şirkətlərdə yuxarı
məqamlarda işləyib sonra isə özünün məhşur olan Fox & Co. marketing məsləhət
şirkətini yaradıb.
12 Qayda
1) Bir müştəri, iş fikirlərindən,
texnologiyadan, idarə edicilərdən, iş yerində olan hər bir şeydən daha vacibdir.
Marketinq superstarları müştərini qazanar və əldə tutar.
2) Müştərilərinizə satdığınız məhsulun
dəyəri məhsulunuzun qiymətindən çox olsun. Bu zaman siz müştərilərizi daha çox
razı salmış olacaqsınız və daha çox satacaqsınız.
3)Hər qurulan yeni marketinq
strategiyası üç element vardır ki bunlar: bazar,məhsul və səbəbləri özündə əks etdirməlidir.
4) Müştəriləri sinifləndirmək
lazımdır. Məhsulun "fərqində olaraq istifadə edənlər" , "fərqində olub istifadə etməyənlər", "fərqində
olmayanlar" . Fərqində olub istifadə edən müştərilərdən niyə sizin məhsulu
seçdiklərini, fərqində olub istifadə etməyənlərdən niyə sizi seçmədiklərini örgənin.
Bununla siz fərqində olub istifadə edənləri əldə saxlayarsınız, fərqində olub
istifadə etməyənlərin fikrini dəyişəcəksiniz, fərqində olmayanların marağını çəkib
onları qazanacaqsınız.
5) Məhsulun keyfiyyəti,bir marketinq məsuliyyətidir.
6) Tədqiqat və İnkişafa yönəlmək, marketinq məsuliyyətidir.
7) Satış, bir marketinq məsuliyyətidir. Marketinqin
işi, satış menecerlerinin harada gəzəcəkləri göstərmək və onları satmaq üçün təmin
etmək. Satış müdrünün işi isə satış menecerlərinin gəzdiyindən əmin olmaq. Əsas qaçaraq gəzən satış menecerlərini işə almaq lazımdır.
8)Satış menecerlərinizə nə qədər güclü təhsil verərsəniz,
gəlirinizi təhsilə paralel olaraq daha çox sürətlə çoxaldarsınız.
9)Marketinqdə ən önəmli üç kəlimə tətbiq etmə, tətbiq
etmə və tətbiq etmədir. Fikir vacibdir ama onun tətbiq edilməsi üçün olan detalların hər biri daha çox vacibdir. Tətbiq etmədəki detallar yaxşı yaxşı analiz edilməlidirlər.
10) Markanın adı məhsuldan daha dəyərlidir.
11)Hər bir məhsulun markası olur. Marka adı
A280-16-2DF ola bilər. Pis addı ama yenədə addı. Hər zaman, müştərilər tərəfindən
test edilmiş, yaxşı, qısa, strategiyanıza uyğun marka adları istifadə edin.
12) Texnologiya satmaz, marketinq satar. Siz öz-özünü
satan fantastik yeni texnalogiyalara bel bağlamayın. Heç bir şey özü özünə
satılmaz.
Digər Oxşar Yazılarım:
Digər Oxşar Yazılarım:
Marketinq
və Satışda İnsan Xarakterlərini Bilmək
Dillər
Əzbəri Olmuş Uğursuz Markalar


