Bu yazını baş vermiş və bir neçə gün
bundan qabaq oxuduğum hadisədən nəticə götürərək yazıram. Gəlin ilk öncə olmuş
hadisənin nə olduğuna baxaq.
Snapple markasının həyatı bir
markanı sevmək ilə o markanı idarə etməyin fərqli olduğunu ortaya qoyur. Belə
ki, Snapple markası New Yorkda ortaya çıxmışdır və meyvə suları istehsal edən içki şirkətidir. Bu markanı
yaradanlar o qədərdə məhşur olmayan sadecə liderlik duyğuları güclü olan
insanlar idi. Belə ki onlar markaya bir kokteyl əyləncəsi, çox çox fərqli dad,
dostluq, düzgünlük, səmimilik əlavə edə bilmişdilər. Professional olmayan bu
liderlər tərəfindən yaradılan bu marka üçün ucuz ama əhalini özünə çəkən
reklamlarda hazırlanılmışdı. Reklamlarda Snapple üçün istifadə edilən "Snapple Lady" sözü istifadəçilər tərəfindən
çox sevilmişdi. Bu həvəskar marketing səyləri nəticəsində şirkətin sahibləri Snappleni bütün Amerikada məhşur markaya
çevirə bildilər.
Sahibləri
Snapple markasını, yeterincə böyük və tanınmış marketing şirkəti olan Quaker
Oatsa satdı. Quakerin professional marketologları Snapplenin əvvəlki sahiblərinin
marketing strategiyalarına baxıb lağ edir və gülürdülər. Onlar düşünüdülərki bu
professionallıqdan qırağ strategiyalardan əl çəkmək lazımdır. Markanı dahada məhşur
etmək fikrində olan Quaker və onun marketologları strategiyaları tam dəyişdilər.
Reklamlar daha bahalı və televiziyalarda oldu. Əsasda Reklamlarda istifadə
olunan "Snapple Lady" sözcüyü
təmami ilə aradan qaldırıldı. Hətta Snapple markasından batmaqda olan digər məhsulun
qaldırılmasında istifadə olundu. Artıq əvvəlki kimi kiçik şüşə qablar yox, daha
böyük qablardan istifadə olundu ki, istifadəçilər bunu bəyənmədilər. Hətta
istifadəçilər elə fikirləşirdilər ki, məhsulun dadındada dəyişiklik var. Quaker
gündən günə batmaqda olan Snapple markasını satmaq məcburiyyətində qaldı. Bu
şirkəti alan yeni təşəbbüskarlar köhnə snappleni geri qaytardılar. Bütün
reklamlar, strategiyalar və əsasda "Snapple Lady" sözünü geri
qaytardılar. Marka yenidən dirilidi. Yenə öz müştərilərini qazandı.
Buna görədə məhsulunuz nə olur olsun, bu məhsulu təmsil edən markanı sevməlisiniz. Markanız damarlarınızda axmalıdır. Satmaqla bərabər, markanı yaşamalısınız və bu markanı satdığıvıza görə qürur hisləri keçirməlisiniz. Markanıza inanmalısınız. Markaya inanmaq, onu hiss etmək, onu sevmək uzun zamanda qalibiyyət deməkdir. Siz yalnız markanızı sevdiyiniz zaman onu yaşaya bildiyiniz zaman onu ən yaxşı şəkildə idarə edə bilərsiniz.
Digər Oxşar Yazılarım:
Professionallar
Buna Sual Metodu Deyirlər
Daha
Yüksək Yaşam Standartları Əldə edin
Müştəridə
Mega İnam Yaradın


