İlk öncə bildirmək istəyirəmki bu yazımda məhsul sözünü mal və
xidmətin hər ikisini əhatə edəcək şəkildə istifadə edirəm. Coca Cola şirkəti,
Amerikada ən böyük dilerləri arasında apardığı anket araşdırmasında satış
menecerlərində ən öndə gələn məlumatın nə olduğunu soruşmuşlar. Anket
araşdırmasının cavabı "Məhsulun yaxşı tanınması və bilinməsi"
olmuşdur. Biz burda rahatlıqla "niyə" sulanı işlədə bilərik. Nə üçün
məhsul məlumatı digər məlumatlardan yəni bazar məlumatı, istehlakçı məlumatı və
rəqib şirkətlərlə bağlı məlumatlardan daha öndə gəlmişdir? Bu yazımda buna
toxunmaq istəyirəm.
Məhsul məlumatı vacibdir çünkü:
1. Məhsulunuzu yaxşı tanımaq içinizdəki satış şövqü və istəyi
yaradar.
2. Sizə cəsarət verər.
3. Sahəsində mütəxəssiz müştərilərinizin qarşısına keçib
rahat danışa bilərsiniz.
4. Ozünüzə güvəni artırar.
5. Məhsulunuzun üstünlüklərini tez bir zamanda müştəriyə
çatdıra bilərsiniz və s.
Məlumat bilmək qazanca bərabərdir
Birisi sizin bilmədiklərinizi bildiyi üçün mütləq ondan
qazanc əldə edir. Azerbaycan şirkətlərində hələdə bu faktora çoxda üstünlük
verilmir. Bu qazanc gətirən bilikləri necə əldə edə bilərik? Cavab isə çox
asanddır. Məhsulunuzla bağlı kitablarvə jurnallar oxumaq, videolar izləmək,
seminarlara qatılmaq,məhsulunuzu özünüz istifadə edərək nəticələr çıxartmaq, bu
işlə məşğul olan digər iş sahiblərindən bunu əldə edə bilərsiniz. Ən əsasi isə
məhsulunuzla bağlı ən doğru məlumatı sizə müştəriləriniz verəcəkdir.
Məhsulunuz iki fərqli məlumat toplusundan ibarətdir
1) Məhsulun xüsusiyyətləri - Məhsulun istehsalından qablaşdırmasına
qədər olan və hər
məhsulun quruluşunu təşkil edən bütün xüsusiyyətlərdir.
2) Məhsulun faydaları - İstehsaldan satış strategiyalarına qədər
o məhsulun istehsalçı/satışçi və son istifadəçi üçün faydalarının bütünüdür.
Digər Oxşar Yazılarım:
Digər Oxşar Yazılarım:
Müştəri
Əldə Tutmanın Bəzi Yoları
Satışda
Professionallığın 13 Əsası
Marketinq
və Satışda İnsan Xarakterlərini Bilmək
Uğurlu
Satıcıların 25 Qızıl Qaydası


