1. Narahatlıq Hiss Et
İlk öncə
mövcud vəziyyətdən narahat olduğunu hiss et. Daha yaxşısını edə biləcəyinə əmin
ol. Əgər sən yeni bir proyektin təməlini atmaq istəyirsənsə mütləq nəyinsə
normal olmadığını gör. Əsas odur ki, özündəki fərqliliyin fərqinə vara biləsən.
Bu proseslərin sonunda sən qərarını vemiş olacaqsan.
2. Ağıllı Risq Al
Hər bir
başlanılan yeni proyektdə risq var. Risklərdən qorxma. Risq dedikdə burda nəzərdə
tutulan sadecə işin maddi tərəfi deyil. Maddiyyatla bərabər hər bir işdə istər
mənəvi, istərsədə zaman itkisi riski var. Bildiyiniz kimi bir iş adamı üçün
zaman puldan daha dəyərlidir. Sadecə düzgün biçilmiş bir plan və taktikalarla
dolu strategiya cızmaq lazımdır. Bu proyektini işi bilən bir neçə adamla məsləhətləş.
Bu proseslərin sonunda artıq sənin əlində gözəl planlanmış proyekt var.
3. Proyekt Üçün Qrup Topla
Bu proyektdə
səninlə eyni addımlaya biləcək, özünə və savadına güvəndiyin şəxsləri, bir qrup
altında cəm et. Proyektin onlar üçün olan qismini çox aydın şəkildə onlara izah
et. Qrupunun motivasiysını daima yüksək tutmağı bacar. Proyektini bölüşməkdə
paxıllıq etsən ya çox uzun zaman itirmiş olacaqsan, yada o proyektin sonuna heç
bir zaman çata bilməyəcəksən. Onun üçün qrupla hərəkət etmək vacibdir. Budur
artıq sizin motivasiyası yüksək şəkildə olan bir iş qrupunuz var.
4. Hərəkətə Keç
Bu proyekti
reallaşdırmaq üçün bir yerdən başlamalısan. Yaxşı olarkı plan üzrə hərəkət edəsən.
İş qrupunun sənə verdiyi yüksək motivasiya ilə daim irəli addımla. Olmayacaq
kəliməsini ağlından belə keçirmə. İlk dəfə yeriməyi öyrənəndə yıxılmamışdınmı?
İndi isə nəinki yerimək sürətlə qaçmağı bacarırsan. Bu proseslərin sonunda sən artıq
dayanmadan plan üzrə hərəkət edirsən.
5. Oyrən, Tətbiq Et və Müvəffəqiyyət Qazan
Bu günə
kimi cızdığın strategiyalarını ortaya qoy və yoxla. Səhvlərivi gör və düzəlt.
Davamlı olaraq yaxşılaşdırma apar. Bu beş mərhələnin sonunda sən artıq uğurlara
çatmış olacaqsan.
Digər Oxşar Yazılarım:
Digər Oxşar Yazılarım:






